Azərbaycan və Türkiyə prezidentlərinə Füzuli Hava Limanının açarları təqdim olundu

26 Oktyabr 2021 - 13:54

Bu gün Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimi olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış mərasimində iştirak ediblər.

Azərbaycan və Türkiyə prezidentləri hava limanının rəmzi açılışını bildirən lenti kəsiblər.

Füzuli Beynəlxalq Hava Limanının rəmzi açarları prezidentlərə təqdim edilib.

Dövlət başçıları hava limanında yaradılan şəraitlə tanış olublar.