Azərbaycan vətəndaşı olan 37 mühacir Almaniyadan ölkəyə qaytarılıb

Noyabr ayının 26-da 37 nəfər Azərbaycan vətəndaşı Almaniyadan Azərbaycana təhvil verilib.
Azpost.info bildirir ki, bu barədə Almaniyada fəaliyyət göstərən LEGAT hüquqi yardım Mərkəzi açıqlama verib.
Bu qaytarılma Azərbaycan və Avropa İttifaqı arasında icazəsiz yaşayan vətəndaşların readmissiyası haqqında saziş çərçivəsində baş tutub. Geri qaytarılan şəxsləri Almaniyanın Leypsiq şəhərindən birbaşa Bakıya təşkil olunan carter reysi ilə həyata keçirilib.
Təyyarə 19.30 radilərində H.Əliyev adına hava limanına eniş edib. Azərbaycana qaytarılan şəxsləri Azərbaycan Dövlət Miqrasiya Xidmətinin əməkdaşları qarşılayıb.
Məlumatda deyilir ki, 2021-ci ildən sonra 3000 nəfərdən çox həmvətənimiz Almaniyadan Azərbaycana qaytarılıb. Onların 600 nəfərdən çoxu readmissiya olunan şəxslərdir.
**

Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş çərçivəsində 26 noyabr tarixində Azərbaycan Respublikası vətəndaşı olan 37 nəfər Almaniya Federativ Respublikasından geri qəbul edilib.

Bu barədə Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, geri qəbul prosesi Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi qaydalar çərçivəsində həyata keçirilib.

Qeyd edilib ki, fəaliyyəti Dövlət Miqrasiya Xidməti tərəfindən əlaqələndirilən Reinteqrasiya üzrə İşçi Qrupu readmissiya olunan Azərbaycan Respublikası vətəndaşlarının üzləşdikləri çətinlik və problemlərin operativ həlli, onların cəmiyyətə səmərəli, dayanıqlı sosial-iqtisadi reinteqrasiyası işinin təşkili istiqamətində müvafiq tədbirlər həyata keçirir.

Əvvəlki məqalə

“ABŞ yaxın günlərdə Qəzzada atəşkəsə nail olmağı planlaşdırır”

Sonrakı məqalə

Tokayev Putinə Astana səfərinə görə təşəkkür edib