Azərbaycan XİN Çinə başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) zəlzələ nəticəsində qeydə alınan insan tələfatı ilə əlaqədar Çinə başsağlığı verib.

Bununla bağlı Azərbaycan XİN-in “X” hesabında paylaşım edilib.

“Çində çox sayda insan tələfatı və xəsarətlərə səbəb olan dağıdıcı zəlzələ xəbəri bizi dərindən kədərləndirdi. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını diləyirik”, paylaşımda qeyd olunub.

Qeyd edək ki, dekabrın 18-də gecə saatlarında Çinin şimal-qərbində dağlıq region olan Qansu əyalətində 6.2 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət nəticəsində indiyə qədər olan məlumata görə 120-dən çox şəxs həlak olub.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.