Yanvarda Azərbaycana idxal olunan məhsulların 19,8 faizi dəmir yolu nəqliyyatı ilə daşınıb.
Dövlət Statistika Komitəsindən Azərtac-a bildirilib ki, idxalın 63 faizini avtomobil, 10,5 faizini hava, 6,7 faizini isə dəniz nəqliyyatı ilə gətirilən yüklər təşkil edib.