“Azərbaycana məxsus Su-25 təyyarəsinin “vurulması” ilə bağlı məlumat yalandır” –

MÜDAFİƏ NAZİRLİYİ
12 Oktyabr 2020 - 16:12

“Ermənistan müdafiə nazirliyinin Azərbaycanın növbəti Su-25 hücum təyyarəsinin “vurulması” ilə bağlı məlumatı çarəsizlikdən irəli gələn ağ yalandır”.

Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı deyib.

O qeyd edib ki, Azərbaycanın döyüş aviasiyası tətbiq olunmur: “Biz humanitar atəşkəsin tələblərinə tam əməl edirik”.