“Azərbaycana mühüm səfərə gəlmişəm” –İsrailin xarici işlər naziri

Mən ölkələrimiz arasında təhlükəsizlik, iqtisadiyyat, energetika və turizm sahələrində münasibətlərin möhkəmləndirilməsi üçün Azərbaycana mühüm səfərə gəlmişəm.

Bunu İsrailin xarici işlər naziri Eli Kohen bildirib.

O bildirib ki, Azərbaycan İsrailin strateji tərəfdaşdır və İsraildə səfirlik açan ilk şiə müsəlman ölkəsidir.

Qeyd edək ki, Eli Kohen Azərbaycana səfərə gəlib. O, bu gün iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşüb. (APA)

Əvvəlki məqalə

Şəmkir rayon polis şöbəsinin rəisi vəzifəsindən azad edilib

Sonrakı məqalə

Güləşçimiz Hacı Əliyev dördüncü dəfə Avropa çempionu oldu