Azərbaycanda avtobus daşıyıcılarının fəaliyyəti ilə bağlı yeni konsept təqdim olunub

Azərbaycanda avtobus daşıyıcılarının fəaliyyəti ilə bağlı yeni konsept təqdim olunub.

Bunu Azərbaycanda sərnişin mobilliyinin transformasiyası mövzusunda keçirilən tədbirdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) sədri Anar Rzayev deyib.

O, qeyd edib ki, yeni konsept daşıyıcılarla brutto kontraktın bağlanılmasından ibarətdir:

“Bu barədə uzun müddət ciddi mürakirələr gedib. Təqdim etdiyimiz sistem üzrə bütün hesablamalarımız var. Sistem çox sadədir. Bu sistemə görə, daşıyıcıya dövlət tərəfindən kilometr hesabı pul ödəbilir. Avropada avtobuslar brutto kontraktla işləyir. Daşıyı kilometr hesabı dövlətdən pulunu alır və o axşam saat 12-ə qədər də xidmət göstərməyə həvəsli olur. Bizim də təqdime etdiyimiz həmin sistemdir. Onun bütün hesablamaları işlənilib. Dəqiqliklə başa düşüürük ki, burda xərc nə qədər olacaq və nə baş verəcək”.

“Təqdim etdiyimiz sistem ölkədə siyasi olaraq da dəstəklənir. Bu istiqamətdə müvafiq dövlət orqanları ilə görüşlər keçirilib, bütün hesablamalar təqdim edilib. Amma bu, kifayət qədər ciddi maliyyə vəsaiti tələb edən bir məsələdir”, – deyə A.Rzayev əlavə edib.

Əvvəlki məqalə

2030-cu ilə qədər səfərlərin 30-40 faizi fərdi nəqliyyatla olacaq

Sonrakı məqalə

ABŞ BMT-dəki rus diplomatlarına viza verməkdən imtina etdi