Azərbaycanda bankların xalis mənfəəti 910 milyon manatı ötüb

Azərbaycanın bank sektoru bu ilin yanvar-oktyabr aylarında 913.7 milyon manat xalis mənfəət əldə edib.

Azərbaycan Mərkəzi Bankı bildirir ki, bu göstərici ötən ilin eyni dövrünə nisbətən 0.6% çoxdur. 2023-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın bank sektoru 908.2 milyon manat xalis mənfəət əldə edib.

Bu dövrdə bankların əməliyyat mənfəəti isə 5.3% artaraq 1 422.4 milyon manata bərabər olub.

2024-cü ilin 10 ayında bankların mənfəət vergisi 213.9 mln. manat təşkil edib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.