Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 6 yeni yoluxma faktı qeydə alınıb, 10 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.
Azərbaycanda indiyədək ümumilikdə 792 791 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 783 029 nəfər müalicə olunaraq sağalıb, 9 713 nəfər vəfat edib, aktiv xəstə sayı 49 nəfərdir.
Ölkədə son sutka ərzində 2 112, hazırkı dövrədək isə 6 903 117 test aparılıb.