Azərbaycanda peyvəndləmə gələn həftədən başlanacaq.
Bunu Modern.az-ın sorğusuna cavab olaraq Nazirlər Kabinetinin (NK) mətbuat katibi İbrahim Məmmədov bildirib.
İ.Məmmədov qeyd edib ki, ölkəmizdə Çin istehsalı olan Sinovac peyvəndindən istifadə ediləcək.
Hökumət rəsmisinin sözlərinə görə, Azərbaycan tərəfi peyvəndin alınması üçün 46,1 milyon manat vəsait sərf edib.