Azərbaycanda Həcc ziyarəti ilə bağlı ödənişlərin yarısı artıq qaytarılıb

08 İyul 2020 - 16:55

Bu il koronavirus səbəbindən Həcc ziyarəti ləğv olunduqdan sonra ziyarət üçün ödəniş edənlərin bir hissəsinin vəsaiti artıq özünə qaytarılıb.

Bu barədə Trend-ə Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.

Bildirilib ki, artıq ödəniş edən şəxslərin yarısı öz vəsaitini geri götürüb. Digərlərinin də ödənişlərinin qaytarılması prosesi davam etdirilir və bütün vəsaitlər tam olaraq geri ödəniləcək.

Bu il Həcc ziyarətinin ləğv olunması ilə bağlı Səudiyyə Ərəbistanından rəsmi bildiriş gəlib. Bu səbəbdən Azərbaycandan Həcc ziyarətinə sənəd qəbulu da ləğv edilib.

Bu il 250-ə qədər şəxs Həcc ziyarətinə getmək üçün müraciət etmişdi və onlardan 150 nəfərə qədəri ödənişi etmişdi.

Qeyd edək ki, martın 24-dən Həcc ziyarətinə sənəd qəbul edilmir.