Siyəzəndə iki polis zabiti mənzildə ölü tapıldı- DİN məlumat yaydı

Siyəzən rayonunda iki polis zabiti dəm qazından boğularaq ölüb.

DİN-in mətbuat xidmətindən bildirilib ki, araşdırmalarla yanvarın 8-dən 9-na keçən gecə Siyəzən RPŞ-nin əməkdaşları, polis leytenantları – 35 yaşlı Elmir Əsgərov, 36 yaşlı Faiq İsgəndərovun kirayə yaşadıqları mənzildə dəm qazından boğularaq vəfat etmələri məlum olub.

“Həmkarlarımızın vəfatından dərin təəssüf hissi keçirir, hər iki mərhumun ailəsə başsağlığı veririk, səbr diləyirik”, –  məlumatda deyilir.

Əvvəlki məqalə

“Ukraynanın gələcəyi ABŞ-dakı prezident seçkilərinin nəticəsindən asılı olacaq”

Sonrakı məqalə

“Çin ordusu Tayvan yaxınlığında əsl döyüş təlimləri keçirib”