Azərbaycanda mobil operatorlar 1 milyard manat əldə ediblər

İnformasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən 2024- cü ilin yanvar-sentyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 12,3 faiz artaraq 2 milyard 555,2 milyon manat təşkil edib.

APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu xidmətlərin 73,4 faizi əhali tərəfindən istehlak olunub.

Qeyd edək ki, xidmətlərdən əldə edilən gəlirin 35,6 faizi və ya 908,9 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.