Azərbaycanda mobil operatorlar dörd ayda 400 milyon manata yaxın gəlir əldə edib

Azərbaycanda informasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən 2024-cü ilin yanvar-aprel aylarında göstərilmiş xidmətlərin dəyəri 1 milyard 40.2 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 12,5% artıb və eyni zamanda bu xidmətlərin 75,8 faizi əhali tərəfindən istehlak olunub.

Qeyd edək ki, xidmətlərdən əldə edilən gəlirin 36,7%-i və ya 382,1 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb(apa).

Əvvəlki məqalə

Azərbaycan və Belarus prezidentləri sərgi ilə tanış olublar

Sonrakı məqalə

Kür daşıb, Qazaxda bəzi əkin sahələri su altında qalıb