Azərbaycanda pensiyaçıların pensiyada olma müddəti 14,8 ildir- Sahil Babayev

Biz pensiyaların inflyasiyadan 3 dəfə artıq indeksasiyasını aparırıq.

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, bu, Azərbaycan hökumətinin ən mütərəqqi addımıdır: “Pensiya sistemi sığorta sistemidir. Bu 12 illik dövr üzərindən hesablanmış mexanizmdir. Bu gün Azərbaycan pensiyaçılarının pensiyada olma müddəti 14,8 ildir. Bu özü göstərir ki, bizim pensiya sistemimiz sosialyönümlüdür. 57 % yaşa görə pensiyaçılarımız 12 ildən artıq pensiya alır. Amma biz hər zaman qeyd edirik ki, pensiya sistemi dayanıqlı olmalıdır”.

Əvvəlki məqalə

“Christian Dior” Azərbaycandakı şirkətini ləğv edib

Sonrakı məqalə

Nazir ünvanlı sosial yardımın verilməsi proseduruna aydınlıq gətirib