Azərbaycanda peyvənd olunanların ümumi sayı açıqlanıb

27 Mart 2021 - 18:09

Martın 26-da Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 24,446 nəfər vaksinasiya olunub. 

Nazirlər Kabineti yanında Operativ Qərargahda verilən məlumata görə, hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 518,879 nəfər peyvəndlənmə prosesində iştirak edib.

Vaksinasiya respublikamızın bütün rayonlarında uğurla davam etdirilir.