Azərbaycanda səyahətə pulu olmayan nə qədər vətəndaş var? –

Sayları açıqlandı
09 Dekabr 2019 - 11:57

Azərbaycanda hər il 1,2 milyon nəfər maddi imkanı çatmadığına görə səyahətdən imtina etməli olur.

Azpost.info fed.az-a istinadən bildirir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. Komitədən Azərbaycan vətəndaşlarının səyahətdən imtina etmələrinin əsas səbəbləri açıqlanıb. Məlumatlara görə, 2019-cu ilin yanvar- sentyabr aylarında 6 milyon 321,2 min nəfər səyahətə çıxmayıb. Bunun əsas səbəbləri vaxt azlığı, maddi imkanın olmaması, qiymət və xidmətlərin qane etməməsidir.

Araşdırma göstərib ki, turizm səfərinə çıxmamağın əsas səbəbi vaxt azlığıdır. Belə ki, səyahətə çıxmayan hər 3 nəfərdən biri bunu vaxtın olmaması ilə izah edib. 1 milyon 235,9 min nəfər bildirib ki, ev təssərrüfatında öhdəliklə bağlı boş vaxtları yoxdur. Bu – səyahədə çıxmayanların təqribən 20%-i deməkdir. Daha 1 milyon 11,3 min nəfər (16%) isə iş yerində asudə vaxtın olmadığını və buna görə səyahət etmədiklərini bildirib.

163,2 min nəfər (2,6%) isə təhsilə görə vaxtı olmadığından səyahətə çıxa bilmir.

Azərbaycanda vətəndaşların bir hissəsinin isə səyahətə çıxmaması iqtisadi səbəblərlə bağlıdır. 1 milyon 193,4 min nəfər (və ya səyahətə getməyənlərin 18,9%-i) maddi imkanı olmadığınlan səyahətə çıxmır. Təxminən eyni sayda vətəndaş – 1 164,8  min nəfər və ya  səfər etməyənlərin 18,4%-i isə mehmanxana və restoranlarda qiymətlərdən narazı olduğuna görə səfər planlarını təxirə salmalı olurlar. Başqa sözlə, səyəhət etməyənlərin 37%-i bunu iqtisabdi imkanlarla əlaqələndirib.

Təqribən milyon nəfər və ya səyahət etməyənlərin 15,5%-i otel və restoranlardakı xidmətlərin onları qane etmədiyini əsas gətirir.

Araşdırma göstərir ki, əhalinin 313,4 min nəfəri sadəcə səyahətə marağı yoxdur. 62,7 min nəfər və ya səyahət etməyənlərin 1%-i səfər edəcəyi təqdirdə təhlükəsizliyinə əmin olmaması səbəbilə səyahətdən imtina edir. 59,6 min nəfər (0,9%) səhhəti imkan verməməsinə görə, 138,1 min nəfər (2,2%) isə digər səbəblərdən səyahət etmir.