Azərbaycanda son sutkada 135 nəfər COVID-19-a yoluxub-

167 nəfər sağalıb, 2 nəfər vəfat edib
12 Sentyabr 2020 - 17:00

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 135 yeni yoluxma faktı qeydə alınıb, 167 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 38172 nəfər koronavirus infeksiyasına yoluxub.

Onlardan 35607 nəfər müalicə olunaraq sağalıb, 559 nəfər vəfat edib, aktiv xəstə sayı 2006 nəfərdir.