Azərbaycanda son sutkada 1690 nəfər COVID-19-a yoluxub-

713 nəfər sağalıb, 19 nəfər vəfat edib
27 Mart 2021 - 18:08

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1690 yeni yoluxma faktı qeydə alınıb, 713 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 19 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 254 370 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 235 606 nəfər müalicə olunaraq sağalıb, 3 464 nəfər vəfat edib, aktiv xəstə sayı 15 300 nəfərdir.