Azərbaycanda son sutkada 233 nəfər COVID-19-a yoluxub –

106 nəfər sağalıb, 3 nəfər vəfat edib
10 Oktyabr 2020 - 15:08

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 233 yeni yoluxma faktı qeydə alınıb, 106 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 41752 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 39235 nəfər müalicə olunaraq sağalıb, 608 nəfər vəfat edib, aktiv xəstə sayı 1909 nəfərdir.

Ölkədə son sutka ərzində 7594, hazırkı dövrədək isə 1169656 test aparılıb.