Azərbaycanda son sutkada 38 nəfər COVID-19-a yoluxub –

70 nəfər sağalıb, 2 nəfər vəfat edib
28 Sentyabr 2020 - 16:51

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 38 yeni yoluxma faktı qeydə alınıb, 70 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 40061 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 37725 nəfər müalicə olunaraq sağalıb, 588 nəfər vəfat edib, aktiv xəstə sayı 1748 nəfərdir.

Ölkədə son sutka ərzində 2382, hazırkı dövrədək isə 1104783 test aparılıb.