Azərbaycanda “TikTok”un fəaliyyəti bərpa olundu

Azərbaycanda “TikTok” sosial şəbəkəsinin fəaliyyəti bərpa olunub.

Sosial şəbəkənin istifadəçiləri bu gün platformaya daxil ola biliblər.

Qeyd edək ki, bu ilin sentyabr ayından Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) sosial şəbəkələrdə paylaşım edərkən Azərbaycan qanunvericiliyinin tələblərinə və sosial şəbəkə inzibatçılarının müəyyən etdiyi qayda və şərtlərə riayət edilməsi üçün “TikTok” sosial şəbəkəsinin fəaliyyətinə müvəqqəti məhdudiyyət tətbiq etmişdi.

Əvvəlki məqalə

Makron Qazaxıstan və Özbəkistana niyə gedir?

Sonrakı məqalə

Blinken oğlunu Zelenskinin kostyumunda Ağ Evə gətirdi