Azərbaycanın Fransadakı səfiri AzTV əməkdaşlarına hücumu qınayıb

Azərbaycan Televiziyasının əməkdaşlarına qarşı Parisdə baş verən hücumu qınayırıq. Jurnalistika fəaliyyətinə qarşı olan bu əməli törədənlərin tapılması və cəzalandırılması üçün tərəfimizdən müvafiq tədbirlər görüləcək.

Bunu Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva bildirib.

Xatırladar ki, AzTV-nin Fransada çəkiliş aparan əməkdaşlarına hücum olub, xəsarət yetirilib, texnikaları əllərindən alınıb. Bununla bağlı “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC bəyanat yayıb. Bəyanatda vurğulanıb ki, AzTV-nin əməkdaşları Fransada çəkiliş apararkən hücuma məruz qalıblar. Nəticədə müxbir və operator yüngül bədən xəsarətləri alıblar, çəkiliş kamerası isə əllərindən alınaraq sındırılıb. Əməkdaşlar kameranı geri tələb edərkən onları silahla hədələyiblər.

Əvvəlki məqalə

Şahdağ Turizm Mərkəzi niyə zərər edib? –

Sonrakı məqalə

“”Broşkanız qalıb”, “Qəribəm”, “Subaylığ”, “Sizdən xoşum gəlir” –