“Azərbaycanla birgə Avropanın enerji təhlükəsizliyinin təmini üçün işə başlamışıq” –ƏRDOĞAN

“Türkiyə Azərbaycanla birgə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi üçün TANAP qaz kəmərinin gücünün artması ilə bağlı işlərə başlayıb”. 

Azpost.info TGRT Haber-ə istinadən bildirir ki, bu barədə prezident Ərdoğan çıxışında bildirib.

“Biz energetika sahəsində mühüm addımlar atırıq. Hazırlıq işləri apararaq qaz anbarlarımızı 100 faiz doldurmuşuq. Azərbaycanla birgə TANAP kəmərinin gücününü 32 milyard kubmetrə çatdırılması üçün işlərə başlamışıq. Bu Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi üçündür”-deyə Ərdoğan bildirib.

 

Əvvəlki məqalə

Avropa İttifaqı Rusiyaya qarşı 9-cu sanksiyalar paketinə hazırlaşır

Sonrakı məqalə

Baş nazir Əli Əsədov jurnalist vəsiqəsinin formasını təsdiq etdi