Azərbaycanlı istifadəçilər arasında ən populyar brauzer hansıdır?

“Google Chrome” internet brauzeri azərbaycanlı istifadəçilər arasında populyarlıq baxımından öz liderliyini qoruyur.

“Global Stats” statistika mərkəzinə görə, onun ölkə bazarındakı payı 57,27 faiz təşkil edib. 2024-cü ilin may ayında “Google Chrome” brauzerinin Azərbaycan bazarındakı payı əvvəlki ayla müqayisədə 0,53 faiz artıb.

“Safari” brauzerinin Azərbaycan bazarındakı payı hesabat ayı ərzində bir qədər – 0,96 faiz bəndi azalaraq 7,86 faiz təşkil edib.

Hesabat dövründə “Samsung Internet” brauzerinin payı da əvvəlki ayla müqayisədə 0,04 faiz bəndi azalaraq 0,09 faiz təşkil edib.

Bazarın qalan hissəsi isə payı 28 faiz olan digər internet brauzerlərinə məxsusdur(azərtac).

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.