Rusiyada fəaliyyət göstərən azərbaycanlı milyarderlər prezident İlham Əliyevin çağırışna qoşulublar.
Azpost.info bildirir ki, iş adamları, professor İlham Rəhimov, Qod Nisanov və Zarah İliyev Koronavirusla Mübarizəyə Dəstək Fonduna 2 milyon manat vəsait köçürüblər.
Bu barədə İlham Rəhimovun Mətbuat Xidmətindən məlumat verilib.
“Kiyevskaya ploşad” Şirkətinin təsisçiləri – hüquq elmləri doktoru, professor İlham Rəhimov, Qod Nisanov və Zarah İliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin koronavirusla mübarizə çağırışına dəstək olaraq Koronavirusla Mübarizəyə Dəstək Fondunun hesabına 2 milyon manat vəsait köçürüblər.
Xatırladırıq ki, Koronavirusla Mübarizə Fondunun məqsədi dünyanı ağuşuna almış bu bəlanın Azərbaycanda yayılmasının qarşısının alınmasına, xəstəliklə mübarizə tədbirlərinə maliyyə yardımı göstərməkdir. Fond 2020-ci il dekabrın 31-dək fəaliyyət göstərəcək.