Azərbaycanlı şahmatçı İngiltərə çempionu olub-FOTO

Azərbaycanlı şahmatçı Elmira Mirzəyeva İngiltərə Açıq çempionatının qalibi olub.

43 yaşlı qrossmeyster İsveçrə sistemi ilə keçirilən turnirin sonuncu – VII turunda qələbə qazanaraq lider Katarjina Toma ilə xallarının sayını bərabərləşdirib.

Qalibi müəyyənləşdirmək üçün tay-breyk oynanılıb. Rəqibini məğlub edən həmyerlimiz yekunda İngiltərə çempionu olub.

Qeyd edək ki, Elmira Mirzəyeva Rusiyada anadan olsa da, onun valideynləri əslən Gəncə şəhərindəndir.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.