“Azərişıq” 55 milyon manat zərər edib –

Auditdən açıqlama
24 İyun 2020 - 10:45

Azərbaycanda əhalini elektrik enerjisi ilə təmin edən “Azərişıq” Açıq Səhmdar Cəmiyəti 2019-cu il üzrə audit hesabatını açıqlayıb. Hesabatı, beynəlxalq audit brendi “KPMG” aparıb.

Ötən il ərzində “Azərişıq” 1.23 milyard manat dəyərində gəlir əldə etməklə illik müqayisədə cəmi 27 milyon manata nail olub. Lakin, təzhizatçının ötən il ərzində satışın maya dəyəri 1.13 milyard manat təşkil etməklə illik müqayisədə artıb. Maya dəyərinin atması nəticəsi olaraq “Azərişıq”ın ümumi mənfəəti 98 mln. manata qədər azalmalı olub. Halbu ki, bu 2018-ci il ərzində 108 mln. manata çatırdı.

Digər tərəfdən paylama xərcləri 47 mln., inzibati xərclər 62 mln. ticari debitor borcları üzrə dəyərsizləşmə 16 mln. manat təşkil edib.

Göründüyü kimi 1.23 milyard manatlıq gəlir xərcləri qarşılaya bilməyib, nəticədə il üzrə 55 mln. manatlıq zərər edib. Öncəki ildə 13 mln. manat həcmində xalis mənfəət etmişdi.

Bu zərər ardından “Azərişıq”ın yığılmış zərəri 330 mln. manatdan 385 mln. manata qədrə artıb. Qurumun cəmi kapitalı hazırda 1.62 mlrd manatdır. Qurumun dövlətin yeganə payçısı olmaqla nizamnamə kapitalı 1.68 mlrd. manatdır.

“Azərişıq” ötən il ərzində kredit və borc öhdəliklərinin həcmini 7.4 dəfə artırmaqla 508 mln. manata qədər çatdırıb. Cəmi öhdəlikləri isə 700 mln. manatdır.

Bu fakt qeyd edilməlidir ki, təchizatçı Azərbaycan xəzinəsi olan Maliyyə Nazirliyindən 2019-cu ildə hər biri  146 mln. manat olmaqla 3 kredit götürüb. Bu kreditlərin faiz dərəcəsi 0-0.5% təşkil edib. (Banker.az)