“Azərişıq” ASC-nin bir sıra idarə rəislərinin yerləri dəyişdirilib.
“Report” xəbər verir ki, qurumun sədri Vüqar Əhmədovun əmri ilə “Şirvan” Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) rəisi Arif Məmmədov, “Cənub” RETSİ-nin rəisi Mehman Mehdiyev və Qaradağ Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) rəisi Zülfü Ağayev tutduğu vəzifədən azad edilib.
Z.Ağayev “Şirvan” RETSİ-yə, A.Məmmədov “Cənub” RETSİ-yə M.Mehdiyev isə Qaradağ RETSİ-yə rəis təyin edilib.
“Azərişığ”ın Mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu açıqlamasında xəbəri təsdiqləyib.