AZƏRTAC-ın işçilərinin maaşları artırıldı

Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) İdarə Heyəti üzvlərinin və digər işçilərinin aylıq vəzifə maaşları artırılıb.

Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Bu Qərar 2023-cü il fevralın 1-dən tətbiq edilir.

“Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) İdarə Heyəti üzvlərinin və digər işçilərinin aylıq vəzifə maaşlarının sxemi” aşağıdakı kimi olacaq:

Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) İdarə Heyəti üzvlərinin və digər işçilərinin aylıq vəzifə maaşları

 

 

Vəzifələrin adı Aylıq vəzifə maaşı (manatla)
İdarə Heyətinin sədri 2300
İdarə Heyəti sədrinin müavini 1700
İdarə Heyətinin üzvü, baş mühasib, departament müdiri, hüquqşünas 1500
Baş redaktor 1200
İdarə müdiri, redaksiya müdiri 1050
Şöbə müdiri 970
Aparıcı mühasib 950
Baş redaktorun müavini 900
İdarə müdirinin müavini, bölmə müdiri,

buraxılış redaktoru, informasiya texnologiyaları mütəxəssisi

 

850

İdarə Heyəti sədrinin məsləhətçisi, redaktor, aparıcı mütəxəssis 820
Tərcümə redaktoru 800
İdarə Heyəti sədrinin köməkçisi, mühəndis,

kontent menecer, aparıcı müxbir, tərcüməçi, rejissor, iqtisadçı

 

750

İdarə Heyəti sədrinin müşaviri, mütəxəssis, bölgə müxbiri, müxbir, qrafik-dizayner,

böyük fotomüxbir, montaj rejissoru, əməyin mühafizəsi üzrə müfəttiş, mühasib

 

700

Videooperator, fotomüxbir, böyük korrektor, rabitə mütəxəssisi, səs operatoru, menecer 650
Sürücü, anbardar, mühəndis-elektrik, arxivçi, korrektor, mühafizəçi 600
Operator, rabitə operatoru, usta, elektrik 550
Xadimə 500
Əvvəlki məqalə

Məşhur şirkətlə Beynəlxalq Bank arasında məhkəmə çəkişməsi

Sonrakı məqalə

Ali Məhkəmənin sədri İnam Kərimov Vəkillər Kollegiyasının üzvləri ilə görüşüb