Azərbaycan banklarının kartları Rusiyada işləməyəcək

“Visa” və “Mastercard” ödəniş sistemləri Rusiya bazarında fəaliyyətlərini dayandırdıqlarını bəyan edib. Bu səbəbdən Azərbaycan banklarının kartları Rusiya ərazisində işləməyəcək.

Artıq bununla bağlı Azərbaycanın bəzi bankları müştərilərinə bildiriş göndərib. Banklar kartlarda olan vəsaiti ATM-lərdə nağdlaşdırmağı və nağdsız ödəniş əməliyyatlarını öncədən həyata keçirməyi tövsiyə edir.

Qeyd edək ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi səbəbindən “Visa” və “Mastercard” ödəniş sistemləri Rusiyada fəaliyyətini dayandırıb.(APA)

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir