Azərbaycan daha 11 erməni hərbçinin meyitinin qalıqlarını Ermənistana verib

Azərbaycan daha 11 erməni hərbçinin meyitinin qalıqlarını Ermənistana təhvil verib.

Bu barədə “Sputnik Armenia” məlumat yayıb.

11 erməni hərbçinin meyitinin qalıqları Qırmızı Bazar qəsəbəsində qarşı tərəfə verilib.

Onların şəxsiyyəti məhkəmə-tibbi ekspertizasının nəticələrinə əsasən müəyyən ediləcək.

Qeyd edək ki, indiyə qədər aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 1697 erməni hərbçinin meyiti və qalıqları aşkar edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Zəfər Günü ilə bağlı Amnistiya Aktı Milli Məclisə göndərildi –

Sonrakı məqalə

“PUA-ların hücumlarını dəf etməyi öyrənmişik” –