“Azərbaycan Gürcüstana 3 milyard dollardan çox sərmayə qoyub”- Prezident İlham Əliyev

“Gürcüstanla ticarət dövriyyəmizin artması bizi sevindirir”.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə mətbuata birgə bəyanatında bildirib.

Prezident bildirib ki, bu ilin 9 ayında qarşılıqlı ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşır: “Əlbəttə ki, Azərbaycanın sərmayəsi ilə həyata keçirilən layihələr bizim əməkdaşlığımızı daha da gücləndirir. Azərbaycan Gürcüstana 3 milyard dollardan çox sərmayə qoyub. Və bu sərmayə qarşılıqlı faydalı sərmayədir. Çünki hər iki tərəfin maraqlarına cavab verir”.

Əvvəlki məqalə

Sabah hava necə olacaq?

Sonrakı məqalə

“2027-ci ildə Azərbaycanın təkcə Avropaya qaz ixracatı 20 milyard kub metrə çatacaq”