Azərbaycan hərbçiləri Belarusda hərbi paradda iştirak edəcək

İyulun 3-də Belarusun Müstəqillik Günü şərəfinə keçiriləcək paradda Rusiya, Qazaxıstan və Azərbaycan hərbçiləri iştirak edəcək.

Azpost.info “Sputnik Belarus”a istinadən bildirir ki, bu barədə Müdafiə Nazirliyi məlumat verib.

Hərbi texnikanın baxışı və piyada kolonlarının marşı ənənəvi olaraq Pobediteley prospekti ilə Maşerov prospektinin kəsişməsində yerləşən “Minsk – Qəhrəman şəhər” stelasında keçiriləcək.

Hazırda Belarus hərbi qulluqçuları Minsk hərbi komendantlığının parad meydançasında parada hazırlaşır.

“Hazırda bizim 26 parad heyətimiz var. Xarici qoşunların gəlişi nəzərə alınmaqla onların sayı artacaq. Artıq Rusiya, Qazaxıstan və Azərbaycan Respublikası tərəfindən təsdiq edilib”, – deyə Minsk Hərbi Komendantlığının hərbi komendantı, polkovnik Dmitri Jukovski bildirib.

Gəzinti paradında 150-nin qız olduğu 5 minə yaxın insanın iştirak edəcəyi gözlənilir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.