Azərbaycan İlon Maskın “Starlink” peyklərinə qoşula bilərmi? –EKSPERT ŞƏRHİ

Ukrayna uğrunda müharibə həm də göydə gedir. Rusiya var qüvvəsilə Starlink-i sıradan çıxarmağa , siqnallarını söndürməyə və əngəlləməyə çalışır. Amma İlon Maskın komandası dərhal peykin proqram təminatlarında yeniləmə və yeni kodlar əlavə etməklə kiber hücumun qarşısnı alırlar.
Hazırda Ukraynada Starlink-in nəinki kritik qurumlarda, artıq mülki sektorda , vətəndaşlar arasında da istifadəçıliri xeyli artıb. Hazırda bu ölkədə 150 min istifadəçi Starlink -dən internet alır.
Bu isə Rusiya ordusunun işğalçılıq addımlarını xeyli çətinləşdirir.
Bu kiber müharibədə iş o yerə çatıb ki, Mariupol döyüşçülərini də Starlink interneti ilə təmin etdiyinə görə Roskosmos-un baş direktoru Roqozin İlon Maska hədə qorxu gəlib.
Hələlik isə Ukrayna səmasında da kiber döyüşlər davam edir.
Maraqlıdır ki, ABŞ-ın Müdafiə Nazirliyinin kiber mübarizə üzrə rəhbərliyi İlon Maskın komandasının və istifadə etdikləri texnologiyaların kiber mübaribə sahəsində daha çevik və effektiv olduğunu bildirib.
Azərbaycanda Starlink-in fəaliyyətə başlaması haqqında.
Starlnik-in fəaliyyəti üçün iki şərt ödənilməlidir.
Ölkə, ərazi Starlink peyklərinin əhatə dairəsinə daxil olmalı və ən əsası da həmin ölkənin tənzimləyici qurumu onun fəaliyyətinə icazə verməli, ən azı şərait yaratmalıdır.
Artıq Starlink-də Azərbaycanın ərazisinin də əhatə edildiyi görsənir.
Qalır tənzimləmə məsələsi. Bu isə hökumət səviyyəsində həll edilməlidir.
Çünki, Starlink peyk internet xidməti olduğundan, burada söhbət yalnız siqnalın qəbulundan deyil, onun peykə ötürülməsindən də gedir. Peyk siqnalının qəbulunun sərbəst və lisenziyasız olmasına baxmayaraq, siqnalın ötürülməsi lisenziyalı xidmətdir.
Yəni Starlink-in ölkədə quracağı ötürücü stansiya üçün mütləqdir ki icazə alınsın və şərait yaradılsın.
Əlbəttə, Ukraynada olduğu kimi, qonşu ölkələrin peyk stansiyalarından da istifadə oluna bilər.
Bizdə tənzimləyici qurum RİNN yanında İnformasiya Kommunikasiya Texnologiyalar Agentliyidir. Təəssüf ki, uzun müddət keçməsinə baxmayaraq indiyədək bu qurumun Nizamnaməsi və rəhbərliyi təsdiqlənməyib.
Yeri gəlmişkən, bunun özü də bir xeyli düşündürücü məsələdir ki, kifayət qədər əhəmiyyətli dövlət qurumları olan İKT Agentliyi və Rəqəmsal İnkişaf Agentliyinin 2 ay ərzində Nizamnamələrinin təsdiqlənməsi nəzərdə tutulsa da 7 aydır ki onlardan xəbər yoxdur.
Hazırda tənzimləmə səlahiyyətləri RİNN-dədir.
Ümid edirəm tez bir zamanda İKT sektorunda tənzimləyici qurum forrmalaşar və ölkədə alternativ internet təminatı məsələsinə də bir əncam çəkilər.
Düşünürəm ki, Peyk interneti nə qədər baha olsa da, Ukrayna müharibəsi də göstərdi ki, alternativ olaraq, informasiya təhkükəsizliyi və milli təhlükəsizlik üçün mühüm əhəmiyyət kəsb edir.
Yəni, internet məhz alternativliyi sevir
Bu baxımdan Starlink-in ölkəmizdə fəaliyyətə başlamasına şərait yaratmaq doğru olardı.
Osman Gündüz
Azərbaycan İnternet Forumunun Prezidenti
Əvvəlki məqalə

AMEA-nın mütəxəssisləri Lənkəranda 100 yaşlı Kamal Kələntərli ilə görüşüb

Sonrakı məqalə

Rusiya pasportu olmayan ukraynalılara Krımda yaşamağa icazə verilmir