Azərbaycan MDB ölkələrindən ən çox Rusiyaya məhsul göndərib

Cari ilin yanvar-avqust aylarında Azərbaycan MDB ölkələri arasında ən çox Rusiyaya məhsul ixrac edib.

Dövlət Gömrük Komitəsindən bildirilib ki, Azərbaycanın MDB ölkələri arasında ən çox məhsul ixrac etdiyi ölkələr Rusiya, Ukrayna və Belarusdur. Rusiyaya ixrac olunan məhsulların dəyəri 543,6 milyon ABŞ dolları, Ukraynaya 333 milyon dollar, Belarusa isə 81,3 milyon dollar olub.

Əvvəlki məqalə

Prokurorluq Saatlı İcra Hakimiyyətinin əməkdaşının iş otağında ölməsini araşdırır

Sonrakı məqalə

Meksikada güclü zəlzələ baş verib