Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü başlayır

Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında ikitərəfli görüş başlayır.

GörüşVirciniya ştatının Arlinqton şəhərində, Corc P. Shultz Milli Xarici Əlaqələr Tədris Mərkəzində baş tutacaq.

Görüşdə sülh sazişi layihəsi müzakirə ediləcək.

Qeyd edək ki, bu gün ABŞ-da Azərbaycan, Ermənistan xarici işlər nazirləri və ABŞ dövlət katibi Entoni Blinkenin iştirakı ilə üçtərəfli görüş olub.

Entoni Blinken bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan XİN başçısı Ararat Mirzoyanla ikitərəfli görüşlər keçirib.

Əvvəlki məqalə

“Priqojin Belarusdadır, ona təhlükəsizlik zəmanəti verilib”

Sonrakı məqalə

XİN Ceyhun Bayramovla Blinken arasında görüş barədə məlumat yayıb