“Azərbaycan və Ermənistan XİN başçıları sülh müqaviləsi ilə bağlı görüşəcək” –Şarl Mişel Brüssel

 Azərbaycan və Ermənistan XİN başçıları yaxın həftədə sülh müqaviləsi üzrə danışıqları davam etdirəcəklər. 
Azpost.info bildirir ki, bu sözləri Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Brüsseldə keçirilən üçtərəfli görüşdən sonra jurnalistlərin suallarını cavab veərərkən deyib.
“Liderlər sülh müqaviləsi üzrə danışıqların davam etdirilməsi barədə razılıq əldə etdilər. XİN rəhbərlərinin başçılıq etdiyi nümayəndə heyəti qarşıdakı həftədə prosesi davam etidrmək üçün görüşəcəklər“- deyə Mişel bildirib.
Aİ rəsmisi həmçinin bildirib ki, danışıqlar zamanı Qarabağ əhalisinin təhlükəsizliyi ilə bağlı məsələnin müzakirəsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, sosial-iqtisadi inkişafla bağlı birgə işçi qrup işini davam etdirəcək.
“Sosial-iqtisadi inkişafla bağlı Avropa İttifaqı hər iki tərəflə işini davam etdirəcək. Bu iş konsaltinq qripları çərçivəsində hər iki ölkənin və onların əhalisinin rifahı üçün aparılacaq”.
Mişel bildirib ki, liderlərin növbəti görüşü yayda keçiriləcək.
Qeyd edək ki, dünən Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının rəhbəti Şarl Mişel və Ermənistanın Baş naziri Paşinyan arasında üçtərəfli görüş keçirilib.
Əvvəlki məqalə

Brüsseldə İlham Əliyevlə Paşinyanın görüşü başa çatdı –

Sonrakı məqalə

Şarl Mişel Brüssel görüşünün yekunu ilə bağlı Bəyanat verdi –