“Azərbaycan və Ermənistan yolların açılması ilə bağlı konsensusa yaxınlaşıb” –Baş nazirin müavini Mqer Qriqoryan

Azərbaycan, Rusiya və Ermənistan Baş nazirlərinin müavinlərindən ibarət işçi qrup istismarına başlanılması nəzərdə tutulan dəmir yollarının xəritəsi üzrə konsensusa yaxınlaşa bilib.

TASS-ın verdiyi məlumata görə, bu barədə işçi qrupun Ermənistandan olan üzvü, Baş nazirin müavini Mqer Qriqoryan bildirib.

Onun sözlərinə görə, avtomagistralların xəritəsi üzrə məsləhətləşmələr isə hələ davam edir.

“Avtomobil yolları ilə bağlı hələlik konsensus yoxdur. Müxtəlif təkliflər var, lakin hələlik konsensus və ümumi yanaşma əldə olunmayıb. Avtomobil yollarına dair əlimizdə artıq hazır xəritə var deyə bilmərik. Dəmir yoluna gəlincə, daha yaxın yanaşmalar və baxışlar var. Orada suallar aydındır”, – deyə M. Qriqoryan vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Üç məhkəmə hakiminin səlahiyyətinə xitam verilib

Sonrakı məqalə

“Babam Tiflisdə rəssam olub…İran üçün əlimdən gələni elədim” –