Azərbaycan və Ermənistanın sülh üçün tarixi fürsəti var- Almaniya XİN rəhbəri

Azərbaycan və Ermənistanın sülh üçün tarixi fürsəti var.

Bu barədə Almaniya XİN rəhbəri Annalena Berbok Avropa Şurası XİN Komitəsinin Strasburqda keçirilən iclası çərçivəsində ermənistanlı həmkarı Ararat Mirzoyanla görüşündə deyib.

“Annalena Berbok erməni həmkarı Ararat Mirzoyanla danışıqlarda Almaniyanın sülh prosesinə dəstəyini davam etdirməyə hazır olduğunu vurğulayıb. İndi dialoqu davam etdirmək çox vacibdir”, – nazirliyin məlumatında qeyd olunub.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.