Azərbaycan vətəndaşları hansı dövlətlərə vizasız gedə bilər? –SİYAHI

Azərbaycan vətəndaşlarının vizasız gedə biləcəyi ölkələrin siyahısı yenilənib.

“HenleyPartners” şirkətinin reytinqinə əsasən, azərbaycanlılar 66 ölkəyə vizasız səfər edə bilərlər, amma viza şərtləri fərqlidir.

Bəzi ölkələr üzrə vizanı elektron qaydada, bəzilərində hava limanında almaq olar, bəzilərində isə vizaya ehtiyac yoxdur.

Azərbaycan Respublikasının və müvafiq xarici ölkənin qanunvericiliyinə əsasən, beynəlxalq sərhədkeçmə hüququ verən və növündən asılı olmayaraq hər hansı növ etibarlı pasporta – o cümlədən, diplomatik, xidməti (və ya rəsmi/xüsusi) və ya ümumvətəndaş pasportuna malik vətəndaşlar daxildir. (Banker.az)

Başqa sözlə, “xarici pasport”u olanlar da bu ölkələrə vizasız gedə bilərlər:

  1. Belarus – vizadan azaddır/ 90 gün
  2. Gürcüstan – vizadan azaddır/ 360 gün
  3. Qazaxıstan – vizadan azaddır/ 90 gün
  4. Qırğızıstan – vizadan azaddır
  5. Moldova – vizadan azaddır / 90 gün
  6. Özbəkistan – vizadan azaddır /90 gün
  7. Rusiya Federasiyası – vizadan azaddır /90 gün
  8. Tacikistan – vizadan azaddır /90 gün
  9. Ukrayna – vizadan azaddır /90 gün
  10. Baham Adaları Birliyi – vizadan azaddır/ 90 gün
  11. Banqladeş – aeroportda viza / 30 gün
  12. Barbados – vizadan azaddır/28 gün
  13. Boliviya – aeroportda viza/e-viza/90 gün
  14. Bosniya və Hersoqovina – vizadan azaddır/ 90 gün
  15. Kamboca – aeroportda viza /e-viza/30 gün
  16. Kabo Verde – aeroportda viza
  17. Kolumbiya – vizadan azaddır/ 90 gün
  18. Komor Adaları İttifaqı – aeroportda viza/ 45 gün
  19. Kot-d’İvuar – əvvəlcədən qeydiyyatla
  20. Kuba – turist kartı ilə/30 gün
  21. Cibuti – e-viza
  22. Dominik – vizadan azaddır/ 21 gün
  23. Ekvador – vizadan azaddır/ 90 gün
  24. Efiopiya – e-viza
  25. Qabon – e-viza
  26. Qvineya-Bisau – aeroportda viza/e-viza/90 gün
  27. Haiti – vizadan azaddır/ 90 gün
  28. Hindistan – e-viza
  29. İndoneziya – vizadan azaddır/ 30 gün
  30. İran – vizadan azaddır/ 14 gün
  31. Yamayka – aeroportda viza
  32. İordaniya – aeroportda viza
  33. Laos – aeroportda viza/ 30 gün
  34. Livan – aeroportda viza/ 30 gün
  35. Lesoto – e-viza/ 14 gün
  36. Macao – aeroportda viza/ 30 gün
  37. Makedoniya – vizadan azaddır/ 90 gün
  38. Malayziya – vizadan azaddır/ 30 gün
  39. Maldivlər – aeroportda viza/ 30 gün
  40. Marşal adaları – aeroportda viza/ 60 gün
  41. Mavritaniya – aeroportda viza
  42. Mavriki – aeroportda viza/ 60 gün
  43. Mikroneziya – vizadan azaddır/ 30 gün
  44. Çernoqoriya – vizadan azaddır/ 90 gün
  45. Mozambik – aeroportda viza/ 30 gün
  46. Namibiya – vizadan azaddır/ 90 gün
  47. Nepal – aeroportda viza/ 90 gün
  48. Nikaraqua – aeroportda viza/ 30 gün
  49. Oman – e-viza
  50. Palau – aeroportda viza/ 30 gün
  51. Fələstin – vizadan azaddır
  52. Qətər – vizadan azaddır/ 30 gün
  53. Ruanda – aeroportda viza/e-viza/30 gün
  54. Samoa – aeroportda viza/ 60 gün
  55. Serbiya – vizadan azaddır/ 360 gün
  56. Seyşel adaları – turist qeydiyyatı /30 gün
  57. Somali – aeroportda viza/ 30 gün
  58. Şri Lanka – elektron turist qeydiyyatı/30 gün
  59. Sent Vinsent və Qrenadin – vizadan azaddır/ 30 gün
  60. Şərqi Timor – aeroportda viza/ 30 gün
  61. Toqo – aeroportda viza/ 7 gün
  62. Türkiyə – vizadan azaddır/ 30 gün
  63. Tuvalu – aeroportda viza/ 30 gün
  64. Uqanda – aeroportda viza/ e-viza
  65. Vanuatu – vizadan azaddır/ 90 gün
  66. Vyetnam – e-viza

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ermənistanda rekord sayda yoluxma faktı qeydə alındı

Sonrakı məqalə

Ermənilər işğal altında olan Azərbaycan torpaqlarında hərbi təlim keçir