Azərbaycana gəldiyim üçün özümü çox xoşbəxt hiss edirəm- Türkiyəli idmançı

Azərbaycana gəldiyim üçün özümü çox xoşbəxt hiss edirəm.

Bu sözləri jurnalistlərə müsahibəsində İrəvanda ağır atletika üzrə Avropa çempionatında gümüş medal qazanmış Türkiyə təmsilçisi Qamze Altun deyib.

İdmançı Bakıda çox yaxşı qarşılandıqlarını, burada olduğu müddətdə şəhəri gəzdiyini və onun gözəlliyinə valeh olduğunu bildirib: “Əsas odur ki, Azərbaycanda özümüzü doğma Vətənimizdəki kimi hiss edirik. Hazırda ağır atletika üzrə Azərbaycan çempionatını izləməyə gəlmişik. Yarış gözəl təşkil olunub. İdmançılara uğurlar diləyirik”, -deyə Q.Altun vurğulayıb.

Əvvəlki məqalə

Ağstafada ağır yol qəzası oldu, 3 nəfər öldü –

Sonrakı məqalə

Bakıda “Formula 1” daha 3 il keçiriləcək –