“Azərbaycana münasibət ikili standartlara əsaslanırdı” –HİKMƏT HACIYEV

“Azərbaycan BMT-yə, ATƏT-ə üzv olduğu dövrdə Ermənistanın təcavüzünə məruz qaldı, ancaq bu beynəlxalq təşkilatlar Ermənistanı təcavüzkar adlandırmadı”.

Bunu bu gün “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Qlobal təhlükəsizlik strukturuna və sülh perspektivlərinə təkrar baxış” mövzusunda paneldə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbə müdiri Hikmət Hacıyev bildirib.

Hikmət Hacıyev deyib ki, BMT təhlükəsizlik Şurası 4 qətnamə qəbul edib: “Qətnamələrdə Ermənistanın işğal altındakı Azərbaycan torpaqlarını tərk etməsi tələb olunurdu. Ancaq bu qətnamələr icra olunmadı. Digər tərəfdən, ikili standartlarla üzləşirdik. Postsovet məkanındakı digər münaqişələrdə ölkələrin ərazi bütövlüyü birmənalı tanınırdı, Azərbaycana münasibət ikili standartlara əsaslanırdı”.

Əvvəlki məqalə

Heydər Əliyev adına Sarayın direktoru vəzifəsindən azad edilib

Sonrakı məqalə

Paşinyanın köməkçisinin Baş Prokuror vəzifəsinə namizədliyi irəli sürülüb