Azərbaycanda ən çox idxal əməliyyatları sentyabrda aparılıb

Yanvar-oktyabr aylarında Azərbaycanda ən çox idxal əməliyyatları sentyabrda aparılıb.

Dövlət Gömrük Komitəsindən bildirilib ki, on ayda idxal əməliyyatlarının ən yüksək göstəricisi sentyabrda, ən aşağı göstəricisi isə martda qeydə alınıb. Belə ki, sentyabrda idxal əməliyyatlarının dəyəri 1 milyard 425 milyon ABŞ dolları, martda isə 953 milyon dollar təşkil edib.

Qeyd edək ki, cari ilin on ayında idxalın dəyəri 11 milyard 587,5 milyon dollar olub.

Əvvəlki məqalə

İntiqam Soltan Mingəçevir Dövlət Dram Teatrının direktoru təyin edilib

Sonrakı məqalə

Saakaşviliyə civə zəhərlənməsi diaqnozu qoyulub