Azərbaycanda daha 151 nəfər COVID-19-a yoluxub

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 151 yeni yoluxma faktı qeydə alınıb, 87 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 794 398 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 783 961 nəfəri müalicə olunaraq sağalıb, 9723 nəfər vəfat edib, aktiv xəstə sayı 714 nəfərdir.

Ölkədə son sutka ərzində 2487, hazırkı dövrədək isə 6 999 322 test aparılıb.

Əvvəlki məqalə

Səfər Mehdiyev Gömrük Komitəsinin sədri vəzifəsindən azad edildi –

Sonrakı məqalə

“Meydanı Çin, Rusiya və İrana buraxmayacağıq!”