Azərbaycanda fərdi məlumatların istifadəsi qanununu pozanlar cərimələnəcək

Azərbaycanda fərdi məlumatların istifadəsində qanun pozuntulara görə cərimələr müəyyənləşdiriləcək.

APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.

Onun sözlərinə görə, Avropa qaydalarında bu cərimələrin məbləği 20 mln. avroyadək və yaxud şirkətlərin dövriyyəsinin təqribən 4%-ni təşkil edir: “Hesab edirik ki, bu, çox yüksək həcmli olan cərimələrdir. Azərbaycanda da müəyyən qanun pozuntuları ilə həyata keçirilən fəaliyyətə cərimələrin tətbiq olunması nəzərdə tutulub. Lakin bu, birbaşa qanunun özünün predmeti deyil, növbəti işlənəcək normativ aktlarda bu məsələlər daha çox dəqiqləşdiriləcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrini

Sonrakı məqalə

MSK-nın qərarları ilə bağlı 72 müraciət daxil olub