Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Kriminal

Azərbaycanda futbol klubunun rəhbəri olan şirkət sahibi həbs edildi

Orkhan Ali 20 İyun 2025 - 12:27 (Last updated: 20 İyun 2025 - 12:20)
Rauf Quliyev

Rauf Quliyev

“TTQ GRUP” MMC-nin direktoru, “Füzuli” futbol klubunun prezidenti Rauf Quliyev həbs edilib.
Musavat.com-un əldə etdiyi məlumata görə, Rauf Quliyev dələduzluq ittihamı ilə həbs olunub. Ondan şikayətçi olan bir neçə nəfər var.
İttihama görə, Rauf Quliyev işgüzar nüfuzunun olduğunu, vəzifəli şəxslərlə əlaqələrinin olduğunu deyərək bir neçə nəfərdən işə düzəltmək adı ilə pul alıb. Onun bir nəfərdən DTX-ya, bir nəfərdən isə FHN-də işə düzəltmək adı ilə 15-20 min manat məbləğində pul aldığı müəyən edilib.
Həmçinin Rauf Quliyev “TTQ GRUP” MMC-nin direktoru olaraq ayrı-ayrı şəxslərdən mənzil təmiri, torpaq alqı-satqısı, fərdi yaşayış evlərinin layihələndirilməsi, sənədləşdirilməsi adı ilə pul alıb. Zərərçəkmişlər arasında bu məqsədlə Rauf Quliyevə 5 min, 10 min, 35 min məbləğlərində pul verən şəxslər olub.
Zərərçəkmişlərdən Qasım Kazımov və digər 3 şikayətçi Rauf Quliyevin ev tikmək adı ilə onlara ziyan vurduğunu bildirib.
Onların iddiasına əsasən, Rauf Quliyevə məxsus şirkət fərdi evlərin layihələndirilməsi və tikilməsi ilə bağlı sifarişləri qəbul edib: “Rauf Quliyevin adamları “TTQ GRUP” MMC adından elan saytlarında “Fərdi evlərin nağd və kreditlə tikilib satılması” başlıqlı reklam yerləşdirirlər. Ötən ilin 30 noyabrında mən bu elan vasitəsilə həmin şirkətlə əlaqə yaratdım. Mənə şirkətin tikinti üzrə mühəndisi Elnur adlı şəxsə yönləndirdilər və onunla Sumqayıtda görüşdük. Bir neçə yerdə torpaq sahələri göstərdi. Nəhayət “Kotec” qəsəbəsi deyilən yerdə daş hasara alınmış ümumi sahəsi 15 sot olan torpağın içində 2 sot torpağı bəyəndim. Elnur dedi ki, bəs bu torpaq sahəsi onların şirkətinə məxsusdur. Bütün sənədlər daxil tam paket halında çıxarışlı evi tikib mənə 4 ay ərzində təhvil verəcəklər”.
Qasım Kazımov əlavə edib ki, bundan sonra şirkət əməkdaşı ilə görüşərək müqavilə imzalayıb: “Ertəsi gün Elnurla şirkətin Yasamalda yerləşən ofislərində görüşdük. Burada “TTQ GRUP” MMC-nin direktoru Quliyev Raufla tanış oldum. Danışığa əsasən, mənim üçün tikiləcək evin ümumi dəyəri 72 000 manat oldu. 20 000 manatı ilkin ödəniş kimi, yerdə qalan məbləği isə 90 ay müddətində ödəmək şərti ilə razılaşdıq və müqavilə imzaladıq. Rəsmi ödəniş qəbzinə əsasən 20 min pulu Raufa verdim. Rauf bildirdi ki, müqavilə bağlandığı tarixdən 4 ay müddətinə evi tikib tam təhvil verəcək”.
Şikayətçi əlavə edib ki, razılaşma müddətindən xeyli keçsə də, heç bir tikinti aparılmayıb və verdiyi pulları geri ala bilmir: “Hər dəfə Rauf mənə min cür bəhanə uydurur. Gah deyir İcra Hakimiyyətinə 3700 manat rüsum ödəyib, gah da başqa sözlər… Mən onların Yasamaldakı ofislərinə getdim və orada məlum oldu ki, mənim kimi çoxsaylı adama ev tikintisini vəd edərək pul alıblar, lakin heç bir iş görməyiblər, pulları da qaytarmırlar. Həmin adamlardan mənimlə birgə 4 nəfər – Vüsal Mustafayev (18 000 AZN), Zülfiyyə Zeynalova (25 000 AZN), Emin (21 000 AZN) və digər şəxs müxtəlif dövlət qurumlarına məsələ ilə bağlı şikayətlər ünvanlamışıq. Ümumilikdə isə 25 nəfərə yaxın şəxsdən pul alaraq aldadıblar. Biz bununla bağlı polis və prokurorluq orqanlarına müraciət etmişik, lakin hələ də cinayət işi açılmayıb və Rauf Quliyev barəsində tədbir görülmür”.
Rauf Quliyev pul aldığı şəxsləri aldadaraq vədinə əməl etməyib. Zərərçəkmiş şəxslər ondan şikayətçi olub və pullarını tələb edib. Rauf Quliyev həbs ediləndən sonra zərərçəkmişlərdən bir neçəsinin zərərinin az bir hissəsini ödəyib.
Məhkəmə araşdırması zamanı məlum olub ki, şikayətçilər Rauf Quliyevə qarşı mülki iddia ilə yanaşı mənəvi zərərə görə də iddia irəli sürüblər.
Rauf Quliyev törətdiyi əmələ görə özünü qismən təqsirli bilib və bəzi epizodlarda vurulmuş ziyanın məbləği ilə razılaşmayıb.
İstintaq dövründə Rauf Quliyev bir dəfə həbs edildikdən sonra azadlığa buraxılıb. Şikayətlər çoxaldıqdan sonra Rauf Quliyev yenidən həbs edilib. Məhkəmənin hökmü ilə Rauf Quliyev 3 il 10 ay müddətinə azadlıqdan məhrum edilib.
Rauf Babayevlə birlikdə adı çəkilən şirkətin əməkdaşı Elnur Babayev də həbs edilib. Onlar əlbir olaraq dələduzluqda ittiham olunublar. Elnur Babayevin adı şirkət adında edilən dələduzluq epizodlarında keçir. Elnur Babayev də 3 il müddətinə azadlıqdan məhrum edilib.

AzPost.az

Post navigation

Previous: Qulaq kiri təhlükəli xəstəliyin xəbərçisi ola bilər
Next: ABŞ-ın iki yanacaqdaşıyan təyyarəsi Havay adasına gəlib

Oxşar xəbərlər

Həbs
  • Kriminal

ADNSU-da 24 il əvvəl törədilən qətlin üstü açıldı – Şübhəli şəxs həbs edildi

User 06 Noyabr 2026 - 14:02
Aptek
  • Kriminal

Sumqayıtda aptekdən 35 min manat oğurlayan şəxs saxlanıldı

User 05 Noyabr 2026 - 16:56
qeza_polis
  • Kriminal

Bakıda axtarışda olan 74 yaşlı qadın həbs edilib

User 04 Noyabr 2026 - 10:44

xƏBƏR

rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
Rusiya Prezidenti Vladimir Putin Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə Əbu-Dabidə üçtərəfli danışıqların keçiriləcəyini təsdiqləyib. Noyabrın...
Read more about Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi
Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.