Azərbaycanda kapitala və əmlaka amnistiya veriləcək

Azərbaycanda iqtisadi artımın və investisiyaların maliyyə mənbələrinin genişləndirilməsi məqsədilə 2020-ci ilin aprel-dekabr ayları ərzində ölkədə kapitalın və əmlakın amnistiyası nəzərdən keçiriləcək.

Bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planı”nda əksini tapıb.

Sənədə əsasən, bu sahədə icraçı qurumlar İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi və Mərkəzi Bank müəyyənləşdirib. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

300 min fərdi sahibkar bu qədər pul alacaq –

Sonrakı məqalə

Güzəştli ipoteka kreditləri üçün əlavə 90 milyon manat ayrılacaq