Azərbaycanda koronavirusa yoluxma halları azalıb –Ümumdünya Səhiyyə Təşkilatı

“İyun ayının sonundan etibarın koronavirusa yoluxanların sayında stabilləşmə, son həftələrdə azalma müşahidə edilir”.

Bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı ÜST-nin missiyasının yekunlarına dair keçirilən virtual mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu məhdudiyyətlərin nəticəsində olub: “Bu təkcə Azərbaycanda deyil, bütün dünyada belədir. Tədbirlər yumşaldıldıqdan sonra insanların yeni normalara əsasən yaşamaları lazımdır. Yumşalmaya keçdikdən sonra yoluxma sayında artım olmazsa, gələcək tədbirlər daha da yumşaldıla bilər. 5 avqustdan sonra Nazirlər Kabineti yanında Operativ Qərargahın nə qərarlar qəbul edəcəyini bilmirik”.

“Bu gün hökumətlə iclas keçirdik və onlara ilkin tövsiyələrimizi verdik. Missiyanın hesabatı bir neçə həftədən sonra hazır olacaq”- deyə Hande Harmancı deyib.

Onun sözlərinə görə, həmin sənəd qiymətləndirmənin ətraflı təsvirini, ÜST-nin lazım olduqda əlavə yardım göstərə bilməsi ilə bağlı məlumatlarını və tövsiyələrini özündə ehtiva edəcək. (Report)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Milli Məclisin növbədənkənar iclası keçiriləcək –

Sonrakı məqalə

“Rayonlara gediş-gəlişin açılması müzakirə olunur” –