Azərbaycanda koronavirusa yoluxmuş şəxslərin vəziyyəti necədir? –AÇIQLAMA

“Aldığım son məlumata görə Azərbaycanda koronavirusa yoluxmuş 3 şəxsin vəziyyəti stabildir”.

Bunu Modern.az-a açıqlamasında Nazirlər Kabineti yanında yaradılmış qərargahın üzvü, respublikanın baş infeksionisti Cəlal İsayev bildirib.

O qeyd edib ki, şəxslərin müalicəsi üçün hər bir şey edilir: “Ümid edirik ki, tez bir zamanda sağalacaqlar”.

Qeyd edək ki, dünyada koronavirusa yoluxanların sayı 90 927 nəfərə, ölənlərin sayı 3123 nəfərə çatıb. Xatırladaq ki, Azərbaycanda koronavirus aşkarlanan ilk şəxs 1997-ci il təvəllüdlüdür. O, Rusiya vətəndaşıdır.

Digər şəxs 17 iyul 1973-cü il təvəllüdlü Azərbaycan vətəndaşıdır. Xəstəxanaya fevralın 26-da daxil olub. Həmin şəxs 1 gün Tehranda, 3 gün isə Təbrizdə səfərdə olub.

29 aprel 1998-ci il təvəllüdlü üçüncü koronavirus aşkarlanan şəxs Qum şəhərindən gəlib və o da xəstəxanaya fevralın 26-da yerləşdirilib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Roma Papasını heyrətləndirən siyasət –

Sonrakı məqalə

Roma Papasında koronavirus aşkarlanmayıb